Icma.az bildirir, Azvision portalına istinadən.
AzVision.az bildirir ki, “The Telegraph” nəşrinin məlumatına görə, İsveçin Baş naziri Ulf Kristersson belə açıqlama verib.
“Hazırda həm Fransa, həm də Böyük Britaniya ilə müzakirələrimiz davam edir. Onlar hələ çox konkret deyil və Fransanın nüvə silahları birmənalı şəkildə onundur. Lakin Fransa bu məsələdə digər ölkələrlə də müzakirələrə açıqdır” , - Kristersson deyib.
Onun sözlərinə görə, ilkin xarakter daşıyan danışıqlarda konkret təkliflər və ya müddətlər razılaşdırılmayıb.
“Nə qədər ki, təhlükəli ölkələr nüvə silahına sahibdirlər, dərrakəli demokratiyaların da nüvə silahına çıxışı olmalıdır”, - İsveçin baş naziri vurğulayıb.
Kristersson qeyd edib ki, Stokholm sülh dövründə öz ərazisində nüvə silahının yerləşdirilməsinə ehtiyac görmür. Ancaq müharibə olacağı halda vəziyyət dəyişə bilər: “Biz hadisələrədn qabağa qaçmamalıyıq. Bu müzakirələr davam edir və biz NATO üzvü kimi bütün proseslərdə tam iştirak edirik”.
Böyük Britaniyanın Baş naziri Kir Starmerin sözçüsü öz şefinin bu ideyanı isveçli həmkarı ilə müzakirə etdiyini təsdiqləyib. İsveçin NATO-ya üzvlüyü artıq təhlükəsizliyi, o cümlədən nüvə müdafiəsini təmin etsə də, Stokholmun London və Parisə müraciəti ABŞ-nin zəmanətlərindən asılılığı azaltmağın bir variantı kimi qiymətləndirilir.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. “Hazırda həm Fransa, həm də Böyük Britaniya ilə müzakirələrimiz davam edir. Onlar hələ çox konkret deyil və Fransanın nüvə silahları birmənalı şəkildə onundur. Lakin Fransa bu məsələdə digər ölkələrlə də müzakirələrə açıqdır” , - Kristersson deyib.