İsveç Patriot raketlərin sayını artırmaq üçün 450 milyon dollar ayıracaq

15.11.2024

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

İsveç “Patriot” zenit-raket kompleksinin sayını artırmaq üçün 450 milyon dollar ayırmaq niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Conson TV4 telekanalına müsahibəsində bildirib.

"Bu gün İsveçin digər ölkələrlə birlikdə 1 mindən çox “Patriot” raketi almağa qərar verdiyini bildirə bilərik", - deyə o bildirib.

Ümumilikdə İsveç də daxil olmaqla Avropa ölkələri "Patriot" hava hücumundan müdafiə sisteminə təxminən 5,5 milyard dollar xərcləyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью