İsveç Polşaya Patriot sistemləri göndərəcək

06.10.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsveç Polşaya “Patriot” sistemləri göndərməyi planlaşdırır.

SİA xəbər verir ki, bununla bağlı İsveçin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sistem NATO Hərbi Hava Qüvvələri Komandanlığının nəzarətində olacaq.

Nazirliyin məlumatına görə, “Patriot”lar Polşaya dekabr ayında göndəriləcək.

Burada məqsədin NATO-nun Ukraynaya hərbi təchizat göndərən logistika habının mühafizəsi olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl İsveç “Gripen” döyüş təyyarələrinin də Polşaya göndərildiyini və burada NATO-nun hava nəzarəti missiyasına töhfə verdiyini elan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью