İsveç Potterin başçılığı altında ilk oyunda məğlub olub

16.11.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

DÇ-2026-nın seçmə mərhələsində İsveçrə İsveçi qəbul edib.

İdman.Biz bildirir ki, meydan sahibləri 4:1 hesabı ilə qalib gəliblər.

13-cü dəqiqədə hesabı meydan sahiblərindən Bril Embolo açıb. 33-cü dəqiqədə Benyamin Nüqren bərabərlik qolunu vurub. 60-cı dəqiqədə Qranit Caka penaltidən dəqiq zərbə endirərək İsveçrənin üstünlüyünü bərpa edib. 75-ci dəqiqədə Dan N'Doye, 90+4-cü dəqiqədə isə Yohan Manzambi qollara imza atıblar – 4:1.

Bu, Qrem Potterin İsveç millisinin baş məşqçisi kimi ilk oyunu idi.

Bu oyundan sonra İsveçrə B qrupunda 13 xalla liderlik edir, İsveç isə bir xalla turnir cədvəlinin sonuncu pilləsindədir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью