İsveç Rusiyaya etiraz etdi

26.11.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.


İsveç Xarici İşlər Nazirliyi noyabrın 20-də Polşanın hava məkanının pozulması ilə əlaqədar Rusiyanın Stokholmdakı səfirini çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
 

Görüş zamanı İsveç tərəfi Polşanın hava məkanının pozulmasına etirazını bildirib. Bundan əlavə, Danimarka ərazisində Ukrayna və ABŞ vətəndaşına qarşı sui-qəsd planlarını pisləyib. Kopenhagen bu planlara görə Rusiyanı məsul tutub.


İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard Polşa və Danimarkaya tam dəstək ifadə edib. O vurğulayıb ki, Moskvanın Avropanı parçalamaq və Ukraynaya dəstəyi zəiflətmək cəhdləri nəticəsiz qalacaq.
Nazirin sözlərinə görə, Kiyevə dəstək Stokholmun xarici siyasətinin əsas prioriteti olaraq qalır.
Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью