Icma.az, Redaktor.az saytına istinadən bildirir.
“İsveç Rusiyanın hücumu halında ancaq özünümüdafiə tədbirləri ilə kifayətlənmək niyyətində deyil”.
Redaktor.az xəbər verir ki, bunu İsveç Hərbi Hava Mərkəzinin rəisi polkovnik Karl Berqkvist deyib.
Polkovnik bildirib ki, İsveç Hərbi Hava Qüvvələri mümkün hücum halında Rusiya ərazisinin dərinliyindəki hədəfləri vurmağa hazırlaşır: “Belə bir hücum Rusiyaya baha başa gələcək”.
Berqkvistin sözlərinə görə, İsveç Hərbi Hava Qüvvələrinin yeni strategiyası çəkindirici xarakter daşıyır və qabaqlayıcı zərbələri nəzərdə tutmur. O əlavə edib ki, potensial düşmən döyüş əməliyyatlarının İsveç ərazisindən kənara sıçrayacağını başa düşməlidir.