Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsveçdə sentyabrın 13-də keçirilən parlament seçkilərində Sosial Demokratlar, Mərkəz Partiyası, Yaşıllar və Sol Partiyasından ibarət mərkəz-sol blok 176 mandat qazanaraq parlamentdə çoxluğu əldə edib.
Turkustan.az xəbər verir ki, seçkilərin yekun nəticələrinə görə, 349 yerlik parlamentdə mərkəz-sol blok 176, sağ blok isə 173 mandat əldə edib.
Sosial Demokratların lideri Maqdalena Andersson hökumətin formalaşdırılması üçün digər müxalifət partiyaları ilə danışıqlara başlayıb. Lakin Mərkəz Partiyası Sol Partiyasının da daxil olduğu koalisiyada iştirak etməyəcəyini bildirib.
Rəsmi nəticələrə əsasən, Sosial Demokratlar 99, Sol Partiyası 30, Yaşıllar 22, Mərkəz Partiyası isə 25 mandat qazanıb.
Aytən Yaşar/ Turkustan.az