Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Ötən həftənin cümə günü İsveç Krallığının Azərbaycandakı səfirliyin qonağı olan “Shane Academy” Tədris Mərkəzinin tələbələri səfir Tobias Lorentzson ilə görüşüb.
Səfirlikdən Gununsesi.info-ya verilən məılumata görə, görüş zamanı tələbələrə İsveç Səfirliyinin Azərbaycandakı fəaliyyəti, İsveç və Azərbaycan arasında mədəni və iqtisadi əməkdaşlıq, eləcə də İsveçdə təhsil və iş imkanları barədə mövzulardan danışıkıb.
“Maraqlı sualları və fəallıqları üçün tələbələrə təşəkkür edirik — belə görüşlərin gələcəkdə davamlı olmasını arzu edirik” deyə səfirlik açıqlamasında bəyan edib.
Günay Mahirqızı
Gununsesi.info