İsveç üçün Rusiya TƏHLÜKƏSİ: Stokholm raket alır

08.09.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsveç hökuməti ABŞ-dən “Himars” raket artilleriya sistemlərinin alınmasına 7 milyard kron (təxminən 630 milyon avro) xərcləyəcəyini açıqlayıb.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu raket İsveç silahlı qüvvələrinə mövcud sistemlərdən daha geniş ərazilərdə və daha geniş diapazonda fəaliyyət göstərməyə imkan verəcək. Ölkənin müdafiə naziri Pal Jonson bildirib ki, müqavilə raket buraxıcıları ilə təchiz olunmuş təxminən on nəqliyyat vasitəsinin, eləcə də xeyli miqdarda sursatın alınmasını əhatə edir.

İlk tədarükün 2027-ci ildə planlaşdırıldığı bildirilir.

Qeyd edək ki, İsveç Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan bəri müdafiə qabiliyyətini gücləndirir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью