İsveç Ukraynaya 27,1 milyon dollar ayıracaq

03.01.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

İsveç Rumıniyanın “Patriot” zenit-raket kompleksini Ukraynaya çatdırması üçün 27 milyon dollardan çox vəsait ayıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
"Hökumət Ukraynanın hava hücumundan müdafiəsinə dəstək olaraq 300 milyon İsveç kronu (27,1 milyon ABŞ dolları-red) ayırmaq qərarına gəlib. Vəsait Ukraynaya verilmiş “Patriot” sistemini əvəz etmək üçün Rumıniyaya yönəldiləcək", - məlumatda bildirilir.
Vəsait Ukraynaya əvvəllər elan edilmiş yardım paketlərindən ayrılacaq.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью