İsveç Ukraynaya rekord məbləğdə yardım paketi ayırıb | Icma.az
Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsveç Ukraynaya rekord məbləğdə yardım paketi ayırıb İsveç Ukraynaya rekord məbləğdə yardım paketi ayırıb.
Vəsaitin bir hissəsi "Danimarka modeli" çərçivəsində Ukraynada silah istehsalına yönəldiləcək.
Bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov Facebook səhifəsində yazır.
İsveç Ukraynaya yeni rekord 1,2 milyard dollarlıq hərbi yardım paketini elan etdi ki, bu da ölkə tarixindəki ən böyük yardım paketidir.
“Danimarka modeli” çərçivəsində Ukraynada silah istehsalını dəstəkləmək üçün 178 milyon dollar, xüsusən də uzaq mənzilli raketlər və pilotsuz təyyarələr üçün 90 milyon dollar ayrılacaq”, - o qeyd edib.
Bundan əlavə, Ukrayna donanmasını gücləndirmək üçün əlavə CB90 döyüş katerləri, həmçinin tank əleyhinə raketlər, yük maşınları, sursat və digər avadanlıqlar alacaq.
Əziz Mustafa, Oxuməni.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu