İsveç yığmasında ciddi itki Millimizə qarşı oynamayacaq

17.11.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

UEFA Millətlər Liqasının son turunda millimizi qəbul edəcək İsveç yığması ciddi itki ilə üzləşib.

Fanat.Az xəbər verir ki, məlumatı İsveç Futbol Federasiyası yayıb.

Bildirilib ki, Viktor Lindelöf dünən Slovakiya ilə oyunda zədələnib. O, komandamızla oyunda iştirak edə bilməyəcək. Lindelöf Slovakiya ilə görüşün 26-cı dəqiqəsində meydanı tərk edib.

Qeyd edək ki, oyun İsveç yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

İsveç - Azərbaycan matçı 19 noyabrda baş tutacaq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью