İsveç yığmasında daha bir itki

18.11.2024

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

İsveç millisi UEFA Millətlər Liqasının VI turu çərçivəsində doğma meydanda Azərbaycanla oyundan öncə daha bir itki ilə üzləşib. Sport24.az xəbər verir ki, "Atalanta"nın futbolçusu İsak Hien millimizlə matçda iştirak etməyəcək.

25 yaşlı müdafiəçi Slovakiya ilə görüşdə sarı vərəqə aldığından cəzalı duruma düşüb. Beləliklə, İsveç millisinin daha bir müdafiəçisi Azərbaycana qarşı oynamayacaq. Daha öncə Viktor Lindelöfün zədə səbəbindən düşərgəni tərk etdiyi xəbəri yayılmışdı. 

Qeyd edək ki, İsveç - Azərbaycan qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью