Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsveçli reper Qaboro dayanacaqda güllələnib və qatil “edamı” lentə alıb. Cəmi altı ay əvvəl reper S.Qambino da dayanacaqda öldürülüb.
Sfera.az bildirir ki, sosial şəbəkələrdə əsl adı Ninos Khouri olan 24 yaşlı Qaboronun qətlini əks etdirən şok video yayılıb.
Qaboro yeraltı dayanacaqda öldürülüb Atıcı tərəfindən lentə alınan görüntülərdə Qaboro qaçmağa çalışarkən onun hədəfini dəfələrlə amansızcasına vurduğu görünür.
Polis dekabrın 19-da axşam saat 8 radələrində Norrköpinqin mərkəzindəki dayanacaqda atışma barədə məlumat alıb.
O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.Məmurlar heç kimin həbs edilmədiyini və qatilin axtarışlarının davam etdiyini bildiriblər.
Yerli KİV-in məlumatına görə, Qaboro kiçik narkotik cinayətlərinə görə məhkum edilib və dəstə ilə əlaqələri olub.
6 ay əvvəl isveçli reper C.Qambino Göteborqda dayanacaqda güllələnib.