Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsveçdə vergi artımı öncəsi benzin və dizel yanacağına tələbat kəskin şəkildə artıb. Bəzi yanacaqdoldurma məntəqələrində müvəqqəti olaraq yanacaq tükənib.
Belə ki, 1 dekabr tarixindən etibarən əvvəlki vergi dərəcələrinin bərpası səbəbindən benzin və dizel yanacağının qiyməti ƏDV daxil olmaqla litr üçün təxminən üç kron (0,29 dollar) artacaq.
Sahə təşkilatı “Drivkraft Sverige”nin baş direktorunun sözlərinə görə, qarşıdan gələn qiymət artımı yanacaqdoldurma məntəqələrində iş yükünü əhəmiyyətli dərəcədə artırıb. Son günlərdə bəzi məntəqələrdə qısamüddətli yanacaq çatışmazlığı yaranıb.
Mətləb