İsveçdə “Alibaba"dan Çin maşını aldılar, polis həbs qoydu

30.09.2026

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


İsveçdə “Alibaba” üzərindən gətirilən və sürücülük vəsiqəsi tələb etmədən istifadə olunduğu iddia edilən Çin istehsalı elektrik avtomobillərinə polis tərəfindən əl qoyulub.

“Bakupost” xəbər verir ki, “Range Rover” dizaynına bənzəyən “Titan R7S” modelinin qanunla müəyyən edilən texniki tələblərə cavab vermədiyi aşkarlanıb.

Araşdırmada avtomobilin icazə verilən 425 kiloqram əvəzinə 600 kiloqram olduğu, iki oturacaq limiti olan kateqoriyada isə beş oturacaqla satıldığı müəyyən edilib. Avtomobilin mühərrik gücü və sürətinin də normadan artıq olduğu bildirilib.

Yoxlamadan sonra modelin sürücülük vəsiqəsi tələb olunmayan nəqliyyat vasitələri kateqoriyasına aid olmadığı müəyyənləşib. Avtomobil sahibləri ya sürücülük vəsiqəsi almalı, ya da nəqliyyat vasitəsini satmalıdır.

Vüsalə Hüseynova,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью