İsveçdə avtobus dayanacağa girdi: ölənlər var

14.11.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İsveçin paytaxtı Stokholmun mərkəzindəki Valhallavagen küçəsində ikimərtəbəli avtobusun dayanacağa çırpılması nəticəsində üç nəfər ölüb, azı beş nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə "Expressen" qəzeti məlumat yayıb.

Polis avtobus sürücüsünün saxlanıldığını bildirir.

Qəzanın səbəb kimi sürücünün açıqlanmayan xəstəliyi göstərilib. Bildirilib ki, sürücü hadisənin təsirindən şoka düşüb.

Faktla bağlı araşdırmalar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью