İsveçdə işsizlik səviyyəsi azalıb

15.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Stokholm, 15 oktyabr, AZƏRTAC

İsveçdə əmək bazarı bərpa olunmağa davam edir.

AZƏRTAC xəbər verir ki, Milli Məşğulluq Xidmətinin yeni məlumatlarına görə, ölkənin bütün bölgələrində işsizlik səviyyəsi azalıb.

Sentyabrın sonunda Məşğulluq Xidmətində təxminən 342.000 nəfər qeydiyyatdan keçib ki, bu da işçi qüvvəsinin 6,4 faizini təşkil edir. Bu rəqəm ötən ilin eyni dövrü üçün 6,9 faiz olub.

Kişilər və qadınlar, eləcə də İsveçdə və xaricdə doğulmuş əcnəbi sakinlər arasında müsbət tendensiyalar müşahidə olunur. Uzunmüddətli işsizlərin sayı da azalır.

“İqtisadi vəziyyətin yaxşılaşmağa davam etdiyini və əmək bazarının tədricən bərpa olunduğunu görürük. Lakin işsizlik səviyyəsi yüksək olaraq qalır və vəziyyət müxtəlif işsiz qrupları arasında əhəmiyyətli dərəcədə dəyişir”, -deyə Milli Məşğulluq Xidmətinin əmək bazarı analitikləri qeyd ediblər. İşsizlik, xüsusən də əlilliyi olan və vəziyyətin daha yavaş yaxşılaşdığı 55-66 yaş arası insanlar arasında yüksək olaraq qalır.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью