İsveçdə keçiriləcək seçkilərdə Azərbaycan əsilli namizədlər də mübarizə aparacaq

20.08.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Stokholm, 19 avqust, AZƏRTAC

Sentyabrın 13-də İsveçdə keçiriləcək ümumi seçkilərdə ölkə vətəndaşları Riksdaqın 349 deputatını seçəcəklər. Eyni zamanda, seçicilər ölkənin 21 regional şurasının və 290 bələdiyyə şurasının tərkibini müəyyənləşdirəcəklər.

AZƏRTAC xəbər verir ki, qarşıdakı seçkilərdə İsveçin müxtəlif siyasi partiyaları tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan əsilli namizədlər də iştirak edəcəklər.

Onların arasında ən tanınmış simalardan biri İsveç Sosial-Demokrat Fəhlə Partiyasını (Socialdemokraterna) təmsil edən Riksdaq deputatı Ay¬lin Nuri¬dir. O, 2018-ci ildən parlamentin üzvüdür, 2025-ci ildən isə partiyanın nəqliyyat siyasəti üzrə rəsmi nümayəndəsidir. 2026-cı il seçkilərində Ay¬lin Nuri Vestr¬ra-Yötaland dairəsinin qərb hissəsini əhatə edən seçki dairəsi üzrə sosial-demokratların namizədlər siyahısına rəhbərlik edir.

Mərkəz Partiyasını (Centerpartiet) seçkilərdə Azərbaycan əsilli bir neçə namizəd təmsil edir. Belə ki, Aidə Kərimli Riksdaqa və Vestr¬ra-Yötaland Regional Şurasına namizədliyini irəli sürüb. Hazırda o, regional şuranın deputatıdır və eyni zamanda, Ətraf Mühit və Regional İnkişaf Komitəsinin sədrinin ikinci müavinidir.

Mərkəz Partiyasının digər nümayəndəsi Turan Əliyev isə artıq ikinci müddətdir Partille Bələdiyyə Şurasının deputatıdır. Hazırda o, həmçinin Tikinti və Ətraf Mühit Komitəsinin, Mədəniyyət və Asudə Vaxt Komitəsinin, eləcə də Seçki Komitəsinin üzvüdür. Qarşıdakı seçkilərdə onun namizədliyi eyni vaxtda Riksdaqa, Vestr¬ra-Yötaland Regional Şurasına və Partille Bələdiyyə Şurasına irəli sürülüb.

Yaşıllar Partiyasından (Miljöpartiet) isə Aytac Quliyeva, Vüsal Quliyev və Esmira Kazımova Haninqe Bələdiyyə Şurasına namizəd olublar. Hazırda Aytac Quliyeva Haninqe kommunasında Yaşıllar Partiyasının yerli təşkilatının sədridir.

Seçkilərdə İsveç Sosial-Demokrat Fəhlə Partiyasından Huddi¬nqe kommunasının Bələdiyyə Şurasına namizədliyi irəli sürülmüş Orxan Əliyev də iştirak edir.

Qeyd edək ki, erkən səsvermə avqustun 26-da başlayacaq və seçki gününədək – sentyabrın 13-dək davam edəcək.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью