İsveçdə media sənayesi risklərlə üzləşib | Icma.az
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsveçin media sənayesi ciddi risklərlə üzləşib: büdcə ixtisarları, qədim qəzetlərin bağlanması və rəqəmsal formata keçid.
SİA xəbər verir ki, “Aftonbladet” kimi məşhur nəşrlər gəlirlərin azalması səbəbindən kağız versiyasının buraxılışını dayandıra bilər.
“Aftonbladet” və “Svenska Dagbladet” kimi iri nəşrlərə sahib olan “Schibsted” media konserni 520 milyon krona (47,7 milyon ABŞ dolları) qənaət edilməli olduğunu və bu səbəbdən 350 əməkdaşın ixtisar edilməli olduğunun zəruriliyini vurğulayıb.
Bundan əvvəl İsveçin “Sveriges Radio” radiosu da bu cür problemlə üzləşdiyindən, antiböhran tədbirləri çərçivəsində 180 nəfəri işdən azad edib.
Getdikcə daha çox qəzet tiraj sayını azaldır, kənd ərazilərində satışı dayandırır və ya tamamilə onlayn versiyaya keçir.
Bəzi redaksiyalarda hətta redaktorlar süni intellektlə əvəz olunur.
Süni intellekt başlıqlar yazır, mövzu təklif edir, faktiki arayışlar hazırlayır, hətta məqalələri redaktə edir.
Tam oxu
Xəbəri oxu