İsveçdə məktəb direktorları sağçı ekstremist klublar barədə xəbərdarlıq edirlər

04.02.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Stokholm, 4 fevral, Nərgiz Cəfərli, AZƏRTAC

Stokholmda məktəb direktorları şagirdlərin sağçı ekstremist, “aktiv klublar” adlandırılan qruplara cəlb olunması riski barədə valideynləri və əməkdaşları xəbərdar ediblər.

AZƏRTAC xəbər verir ki, məktəblərin və bələdiyyə xidmətlərinin məlumatına görə, bu cür qruplar gəncləri, xüsusilə yeniyetmələri cəlb etməyə çalışırlar.

Bu hərəkatların xüsusiyyəti ondan ibarətdir ki, onlar “sağlam həyat tərzi”, intizam, dərsdə uğurlar, idmanla məşğul olmaq və zahiri görünüşə qayğı ideyaları altında gizlənirlər.

Müəllimlər və direktorlar məktəblilər arasında nasist simvolikasının, irqçi və antisemit ifadələrin yayılmasını da qeyd edirlər. Pedaqoqların sözlərinə görə, aktiv klublar cinayətkar qruplaşmaların tətbiq etdiyi üsullara bənzər “qruminq” metodlarından istifadə edir, yeniyetmələrə aidiyyət hissi və ümumi kimlik təklif edirlər.

Məktəblər polis və sosial xidmətlərlə əməkdaşlıq edir, nifrət zəminində baş verə biləcək və ya baş vermiş mümkün cinayətlər barədə məlumat verir və erkən mərhələdə reaksiya verməyə çalışırlar.

Qadağalar və cəzalar əvəzinə direktorlar profilaktikaya, kritik düşüncəyə və etik dəyərlərin tərbiyəsinə üstülünlük verirlər. Onların fikrincə, uşaqlara mənəvi istiqamət və tarixi anlamaq imkanı verilməlidir ki, onlar ekstremist ideologiyalara qarşı dura bilsinlər və şüurlu seçim etsinlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью