İsveçdə məktəbdə baş vermiş atışmada on nəfərin həlak olması faktı təsdiqlənib

05.02.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 5 fevral, AZƏRTAC

İsveçin mərkəzi Orebro şəhərindəki məktəbdə baş verən kütləvi atışmada on nəfərin həlak olması faktı təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, bu hadisə ölkə tarixində ən dəhşətli kütləvi atışmadır.

İsveç polisi çərşənbə axşamı təhsil mərkəzində günorta saatlarında baş verən atışmada atəş açan şübhəlinin də öldüyünü bildirib.

İstintaq və axtarışlar davam etsə də, səlahiyyətlilər qurbanların dəqiq sayının qeyri-müəyyən qaldığını deyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью