İsveçdə məscidin yaxınlığında silahlı insident olub, iki nəfər yaralanıb

15.08.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

İsveçin Orebro şəhərində məscidin yanında baş verən atışma nəticəsində 2 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bununla bağlı “SVT” kanalı məlumat yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti məlum deyil.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью