İsveçdə muzdlu qatil axtaran cinayətkar qruplara qarşı yeni qanun qüvvəyə minib

15.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İsveçdə internet vasitəsilə ağır cinayətlər törədənlərin cəlb edilməsinə qarşı mübarizəyə yönəlmiş yeni qanun qüvvəyə minib.

XQ xəbər verir ki, qanuna əsasən, polis qətl, partlayış və digər ağır cinayətlər törətmək məqsədilə cinayətkar qrupların muzdlu qatil cəlb etmək üçün rəqəmsal platformalardan istifadə etdiyi reklam və kanalların silinməsini tələb etmək səlahiyyətinə malikdir. Müvafiq məzmun rəsmi sorğu daxil olduqdan sonra ən geci bir saat ərzində silinməlidir. Qanunvericiliyin tələbinə əməl etməyən şirkətləri beş milyon kron (təxminən 520 min ABŞ dolları) məbləğində, təkrar pozuntu hallarında isə qlobal illik dövriyyələrinin dörd faizinə qədər irihəcmli cərimə gözləyir.

İsveçin ədliyyə naziri Qunnar Strömmer bildirib ki, yeni qanun əvvəllər polisin bu cür təhlükəli məzmunu tez bir zamanda bloklamasına mane olan hüquqi boşluğu aradan qaldırır. Milli Polis Əməliyyatları Agentliyinin (NOA) məlumatına görə, mütəşəkkil dəstələr ilkin olaraq “TikTok” və “Snapchat” kimi populyar platformalardan fəal şəkildə yararlanır, daha sonra isə əlaqələrini “Signal” kimi şifrlənmiş mesajlaşma tətbiqlərinə köçürürlər. Polis texnologiya nəhənglərinin mütəşəkkil cinayətkarlıqla əlaqəli materialları müstəqil şəkildə müəyyən etməkdə və silməkdə daha proaktiv olmasının vacibliyini vurğulayır.

Bununla da İsveç terror təbliğatına qarşı istifadə edilən sürətli silinmə mexanizmini mütəşəkkil cinayətkar qruplara da şamil edən ilk Avropa İttifaqı ölkəsi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью