İsveçdə nəhənglər dueli

08.08.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransanın PSJ və İngiltərənin “Mançester Yunayted” klubları İsveçin Höteborq şəhərində keçirilən yoxlama matçında qarşılaşıblar. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, hesab 2-ci dəqiqədə açılıb, İbraim Mbaye Paris təmsilçisini önə keçirib. “Qırmızı şeytanlar”ın cavab qoluna isə 32-ci dəqiqədə Brayan Mbemo imza atıb.

PSJ avqustun 12-də UEFA Superkuboku uğrunda matçda “Aston Villa” ilə üz-üzə gələcək. “Mançester Yunayted” isə avqustun 22-də Premyer Liqanın 2026/27 mövsümünün I turu çərçivəsində “Hall Siti”nin qonağı olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью