İsveçdə olan SEPAH casusu İrana qaçdı

23.04.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadına bağlı İsveçin "Fokstrot" cinayətkar qruplaşmasının lideri Rəva Məcid hazırda İrandadır.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilib ki, İsrailə bağlı məkanlara və şəxslərə qarşı terror əməliyyatları keçirən Rəva Məcid İranda SEPAH-ın himayəsində yaşayır.

Məlumata görə, Məcid İsrailin Kopenhagen və Stokholmdakı səfirliklərinə qarşı əməliyyatlar keçirmək üçün iki dəfə İranın Danimarkadakı səfirliyindən pul alıb.

Qeyd olunub ki, cinayətkar İranda olsa da, SEPAH-la koordinasiyalı şəkildə bəzi missiyaları yerinə yetirmək üçün Əfqanıstana səfər edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью