İsveçdən Polşaya DƏSTƏK: “Hazırıq!” KONKRET

06.03.2025

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsveç NATO-nun şərq cinahında hava məkanında patrul xidməti həyata keçirəcək Polşaya döyüş təyyarələri göndərməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Hesabatda deyilir: “İsveçin “JAS 39 Gripen” qırıcılarından ibarət qrup Polşadakı bazaya yerləşdirilir və bu baza alyansın hava məkanını qoruyacaq.

İsveç bir neçə “JAS Gripen” qırıcısını NATO-nun Polşadakı iki əməliyyatına qatmağı planlaşdırdığını açıqlayıb.

Bunlara Ukraynada NATO-nun logistik dəstəyinin qorunması və Polşa üzərində hava məkanında patrul xidməti daxildir. İsveçin müdafiə naziri Poul Conson bildirib ki, onlar müttəfiqlərini və dostlarını müdafiə etməyə hazırdırlar.

Vəli Həsənoğlu,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью