İsveçin futbol layihəsi Kolumbiyada cinayətkarlıqla mübarizə aparır AZƏRTAC | Icma.az
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Stokholm, 6 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC İsveçin "Ankarstiftelsen" xeyriyyə təşkilatı cinayətkar qruplaşmalara qoşulma riski olan uşaq və yeniyetmələrə kömək etmək üçün Kolumbiyada futbol layihəsinə başlayıb.AZƏRTAC xəbər verir ki, bu ilin yanvarında başlanacaq və iki il davam edəcək layihə UEFA-nın Uşaq Fondundan 1 milyon kron (90 min ABŞ dolları) məbləğində maliyyə dəstəyi alıb.
Layihənin əsas ideyası futboldan uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların şəxsi inkişafı və kriminal mühitdən ayrılması üçün bir vasitə kimi istifadə etməkdir.Proqrama müntəzəm təlimlər, sosial işçilər və psixoloqların iştirakı, həmçinin ustad dərsləri və psixososial sessiyalar daxildir.Layihə rəhbəri Daniel İttermalmın sözlərinə görə, futbolun ərazidəki uşaqlara kömək etmək üçün platforma kimi seçilməsi təsadüfi deyil.
“Kolumbiyada hər kəs futbola həvəslidir, ona görə də futbolla işləmək yaxşı başlanğıcdır.
Bu ərazilərdə bir neçə futbol meydançası var və biz gördük ki, futbolun gücündən istifadə edilməsi yaxşı nəticələr verir”, - deyə D.İttermalm vurğulayıb.O qeyd edib ki, iş dünyanın ən təhlükəli bölgələrindən biri olan Medelyin şəhəri və ətrafında cəmlənəcək.
Layihənin məqsədi 30 faizi qızlardan ibarət 320 uşağa kömək etməkdir ki, bu da xüsusilə vacibdir, çünki bu ərazilərdə qızlar tez-tez zorakılığa və istismara məruz qalırlar.
“Bu rayonlarda təcavüz və erkən hamiləlik kimi dəhşətli hadisələr baş verir.
Biz istəyirik ki, onlar bizim layihənin köməyi ilə həyatda öz mövqelərini möhkəmləndirə və xarabalıqlardan çıxa bilsinlər.
Tam oxu
Xəbəri oxu