İsveçlə oyunda Azərbaycan millisinə inamım böyükdür Ponomaryov

19.11.2024

Icma.az, Azpost portalına istinadən məlumat verir.

“Azərbaycan millisinə inamım böyükdür”.

Bu sözləri açıqlamasında veteran futbolçu İqor Ponomaryov deyib.

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının C Divizionunda səfərdə İsveç komandasına qarşı keçirəcəyi oyundan danışan funksioner şansları dəyərləndirib.

Milli ilə səfərə yollanan Olimpiya çempionu komandada ab-havanın yaxşı olduğunu bildirib: “Sadəcə, futbolçular Qəbələdə Estoniya ilə oyunda qələbə qazanmadıqlarına görə təəssüflənirlər. Həmin görüşdə yaxşı şanlarımız var idi. Əhvali-ruhiyyənin daha da yaxşı olması üçün İsveçi məğlub etməliyik. Çəkinmədən mübarizə aparmalıyıq. Əzmkarlıq önəmli rol oynayacaq. Futbolçular bunu yaxşı anlayırlar. Rəqibin baş məşqçisi fərqli taktikalara sahib mütəxəssisdir. İndiki komanda əks-hücumlarda daha təhlükəli olur. Ümid edirəm ki, futbolçularımız meydanda əllərindən gələni edəcəklər”.

Qeyd edək ki, bu gün “Strouberri Arena”da keçiriləcək İsveç-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq(azərtac).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью