İsveçli atlet Düplantis 14 cü dəfə dünya rekordu müəyyənləşdirdi

15.09.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İkiqat Olimpiya, şüvüllə tullanma üzrə isə dünya çempionu, isveçli atlet Arman Düplantis 14-cü dəfə yeni dünya rekordu müəyyənləşdirib.

Oxu.Az Championat.com-a istinadla xəbər verir ki, o, 2025-ci ildə Tokioda keçirilən dünya çempionatında 6,30 m nəticə göstərib.

Məlumata görə, Düplantis üçüncü cəhdində rekord hündürlüyə tullanıb.

Qeyd edək ki, o, dünya çempionatında qələbəsini 6,15 m hündürlüyə tullanma ilə təmin edib.

Kişilər arasında şüvüllə tullanmada qeydə alınmış nəticələr:

1. Armand Düplantis (İsveç) - 6,30 m.

2. Emmanuil Karalis (Yunanıstan) - 6 m.

3. Körtis Marşal (Avstraliya) - 5,95 m.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью