İsveçli bombardir İngiltərə nəhənginə keçməyə yaxındır Danışıqlar başladı

22.04.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Lissabonun "Sportinq" klubunun hücumçusu Viktor Dyökereş karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az "Football Insider"ə istinadən xəbər verir ki, isveçli futbolçunun adı daha öncə "Mançester Yunayted"lə yanaşı çəkilsə də, onun "Arsenal"a keçmək ehtimalı daha realdır.

"Topçular" 26 yaşlı ön xətt oyunçusunu bu yay heyətə qatmaq niyyətindədirlər. Tərəflər artıq danışıqlara başlayıblar. 

Qeyd edək ki, cari mövsüm "Sportinq" forması ilə bütün turnirlərdə 46 matça çıxan Dyökereş 47 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью