İsveçli forvard Sportinq ə qayıtmaq istəmir

30.06.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Lissabon "Sportinq"inin hücumçusu Viktor Qyokereş komandasına qayıtmaq niyyətində deyil. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliyanın "Record" nəşri məlumat yayıb.

İsveçli forvard yeni mövsümə hazırlıq prosesində iştirak etmək istəmir və bu yay klubdan ayrılmaq niyyətindədir. 

Qeyd edək ki, 27 yaşlı futbolçu "Arsenal", "Mançester Yunayted" və "Liverpul" kimi İngiltərə nəhənglərinin maraq dairəsindədir. Qyokereş son mövsümdə Portuqaliya çempionatında 33 oyunda iştirak edib, 39 qol və 7 məhsuldar ötürmə ilə də yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью