Icma.az, Report.az saytına istinadən bildirir. İsveç yığmasının futbolçusu Viktor Dyekereş Azərbaycan millisinə qalib gəldikləri UEFA Millət
"Report"un məlumatına görə, 26 yaşlı hücumçu buna sözügedən oyunda poker etməklə nail olub.
Hazırda Portuqaliyanın "Sportinq" klubunda çıxış edən forvard 12 ildən sonra İsveç yığmasında bir görüşdə 4 qol vuran ilk oyunçudur.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2012-ci ildə İngiltərə ilə yoldaşlıq qarşılaşmasında 4 dəfə fərqlənib.
O, 2004-cü ildə isə DÇ-2006-nın seçmə mərhələsində Malta ilə matçda eyni uğura imza atıb.
Bizim WhatsApp kanalımıza abunə olun Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.