İsveçli pilot F2 də qalib oldu

25.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 sprint yarışı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, “Dams Lucas Oil”in isveçli pilotu Dino Beganoviç birinci, “Triden”in niderlandlı sürücüsü Laurens Van Hoepen ikinci, “Rodin” komandasından Aleks Dann isə üçüncü yeri tutub.

Saat 12:30-da Formula 1 üzrə üçüncü sərbəst yürüş başlayacaq. Formula 2 üzrə əsas yarışa saat 14:15-də start veriləcək.

Günün son əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq mübarizə 17:00-da başa çatacaq.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью