İsveçli stolüstü tennisçilər yeni dünya rekorduna imza atıblar

04.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İsveçli stolüstü tennisçilər Fredrik Nilsson və Emil Ulsson 13 saat 37 dəqiqə 6 saniyə oynamaqla yeni dünya rekorduna imza atıblar.

"Report" TT agentliyinə istinadən xəbər verir ki, bazar günü səhər tezdən başlayan matç axşam saatlarında bitib və 13 saat 36 dəqiqəlik əvvəlki dünya rekordu qırılıb.

Yeni rekord müəyyənləşdirildikdən bir dəqiqə sonra stolüstü tennisçilər görüşü bitirməyi qərara alıblar.

Qeyd edək ki, İsveç çempionatının ikinci divizionunda çıxış edən idmançılar stolüstü tennisdə ən uzun oyunun müəllifləri kimi "Ginnesin Rekordlar Kitabı"na düşməyi planlaşdırırlar.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью