Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Tottenhem”in yarımmüdafiəçisi Deyan Kuluşevski komandaya qayıtmağa yaxındır.
Futbolpress.az “Press Association” agentliyinə istinadən xəbər verir ki, isveçli futbolçu klubun “Hotspur Vey” baza kompleksində məşqlərə başlayıb.
Kuluşevski 2024/25 mövsümünün sonunda “Kristal Pelas”la görüşdə (0:2) Mark Gehi ilə toqquşma zamanı sağ diz qapağından ağır zədə alaraq 15 ay yaşıl meydanlardan kənar qalıb. Bərpa prosesi uzandığı üçün 26 yaşlı vinger ötən mövsümü tamamilə buraxıb və bu yay keçirilən DÇ-də da milli komandasına kömək edə bilməyib.
Mənbənin məlumatına görə, bu ilin martında dizindən ikinci dəfə əməliyyat olunan “Yuventus”un keçmiş pleymeykerinin tədricən “Tottenhem”in ümumi qrupundakı məşqlərinə inteqrasiya olunması planlaşdırılır.