İsveçrə 2028 ci ilə qədər Ukraynanın bərpası üçün 1,65 milyard dollar ayıracaq

12.02.2025

Icma.az, Manset portalına istinadən məlumat yayır.

İsveçrə hökuməti 2025-2028-ci illər arasında Ukraynanın yenidən qurulması üçün 1,5 milyard İsveçrə frankı (1,65 milyard dollar) ayıracaq.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının iclasında qəbul edilmiş 2025-2028-ci illər üçün Ukraynanın bərpasına yardım üzrə hökumətin proqramında deyilir.

Məlumata görə, beynəlxalq əməkdaşlıq büdcəsi 2028-ci ilə qədər 1,5 milyard İsveçrə frankı təşkil edəcək.

İsveçrə hökuməti tərəfindən təsdiqlənmiş proqram 2025-2036-cı illər üçün Ukraynaya yardım üçün uzunmüddətli strategiyanın birinci mərhələsini təmsil edir. Birinci mərhələ İsveçrə vəsaitlərinin yönəldilməsi təklif edilən üç əsas sahəni nəzərdə tutur: Ukrayna iqtisadiyyatının bərpası, sosial xidmətlərin göstərilməsi, həmçinin mülki əhalinin müdafiəsi və sülhün qorunması. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью