İsveçrə 36 “F 35” qırıcısı alır | Icma.az
Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsveçrə ilk səkkiz “F-35” qırıcı təyyarəsinin alınması üçün Amerikanın “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb.
Reyting.az xəbər verir ki, bu barədə İsveçrə KİV-ləri Müdafiə Təchizatı üzrə Federal Ofisə istinadla məlumat yayıb.
Bu, İsveçrənin Amerika “F-35” təyyarələrinin alınmasında ilk addımdır. Təyyarələr hazırda ABŞ-da sınaqdan keçirilir.
Onların 2027-2029-cu illər arasında İsveçrəyə gəlməsi gözlənilir.
Müdafiə Təchizatı üzrə Federal Ofisin məlumatına görə, hazırda istehsalçı ilə 28 təyyarədən ibarət iki əlavə partiya üçün müqavilələr üzrə danışıqlar aparılır.
Ümumilikdə, İsveçrə hökuməti Amerika şirkətinə 36 qırıcı təyyarə sifariş edib. Müqavilələrin dəyəri açıqlanmayıb.
İsveçrə parlamenti Amerika qırıcı təyyarələrinin alınması ilə bağlı müqaviləni 2022-ci ilin sentyabr ayında təsdiqləyib.
Tam oxu
Xəbəri oxu