İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08.07.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsveçrə millisi 72 ildən sonra futbol üzrə dünya çempionatının 1/4 finalına yüksəlib.

Apasport.az xəbər verir ki, Murat Yakının komandası DÇ-2026-nın 1/8 finalında Kolumbiyanı penaltilər seriyasında məğlub edərək tarixi uğura imza atıb.

Beləliklə, İsveçrə yığması 1954-cü ildən sonra ilk dəfə mundialın ən güclü səkkiz komandası sırasında yer alıb.

Qeyd edək ki, İsveçrə bundan əvvəl dünya çempionatlarında 1934, 1938 və 1954-cü illərdə də 1/4 finala yüksəlmişdi.

1934-cü ildə Çexoslovakiyaya (2:3), 1938-ci ildə Macarıstana (0:2), 1954-cü ildə isə ev sahibliyi etdiyi mundialda Avstriyaya 5:7 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdı.

Gimarayeşdən uğursuz rekord - 40 illik həsrət bitdi Brahim Diaz zirvədə - Dünya çempionatında ilk afrikalı oldu Mərakeş tarix yazdı - Afrikada bunu bacaran ilk komanda oldu Messidən növbəti DÇ rekordu - Maradonanı geridə qoydu Messi tarix yazdı - Dünya çempionatında daha iki rekord
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью