İsveçrə Argentina önünə itki ilə çıxacaq

11.07.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

İsveçrə millisi DÇ-2026-nın 1/4 final mərhələsində Argentinaya qarşı keçiriləcək oyuna itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, isveçrəlilərin hücumçusu Yohan Manzambi meydana çıxmayacaq. 

Baş məşqçi Murat Yakin yarımmüdafiəçinin hələ diz zədəsindən əziyyət çəkdiyini və hazırkı dünya çempionlarına qarşı oyunu buraxacağını təsdiqlədi.

Manzambi turnirin əvvəlində zədə almışdı və Kolumbiya üzərində qazanılan 1/8 final qələbəsində oynamamışdı.

O, hazırkı mundialda İsveçrənin ən çox qol vuran oyunçusudur. O, dörd matçda üç qol vurub və iki məhsuldar ötürmə edib.

Qeyd edək ki, Argentina - İsveçrə matçı səhər 05:00-da başlayacaq.
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью