İsveçrə Azərbaycanın 3 cü əsas qeyri neft idxalçısıdır

27.11.2025

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın İsveçrəyə qeyri-neft məhsullarının ixracı illik müqayisədə 119 milyon 418 min dollar və ya 70,7% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında İsveçrəyə qeyri-neft ixracının dəyəri 288 milyon 329 min dollar təşkil edib. 

2024-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 168 milyon 911 min dollar olub. 

Qeyd edək ki, ilk 10 ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 2 milyard 987 milyon 815 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью