İsveçrə dronlara qarşı müdafiə sistemləri alacaq

03.10.2025

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

İsveçrə, qoşunlarını, hərbi infrastrukturunu və avadanlıqlarını pilotsuz uçuş aparatlarından (BPA) qorumaq üçün dronlara qarşı müdafiə sistemləri almaq niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsveçrə Müdafiə Nazirliyi məlumat verib.

2025-ci ilin yayında dronlara qarşı müdafiə sistemlərinin sahə sınaqları keçirilib. Bu sınaqların nəticələrinə əsaslanaraq, ordu, pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparmaq üçün Silahlanma Federal İdarəsi ilə müqavilə imzalayıb.

"Bu alımlar sayəsində ordu, qoşunların, həmçinin öz infrastrukturunun və avadanlıqlarının müdafiəsini gücləndirəcək", - nazirlikdən qeyd edilib.

İsveçrənin Müdafiə Nazirliyi həmçinin qeyd edib ki, dronlara qarşı müdafiə sistemləri qismən mobildir və bu sistemlərdən "zəruri hallarda ordunun digər məqsədləri və tapşırıqları üçün, məsələn, mülki hakimiyyət orqanlarına dəstək əməliyyatları və ya sülhməramlılar üçün" istifadə etməyə imkan verir.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью