Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
İsveçrədə Azərbaycan Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası da keçirilib.
Birgə Komissiyanın həmsədrləri Mikayıl Cabbarov və Andrea Rauber Saxerin çıxış edərək Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər, həmçinin ticarət və investisiya əlaqələrinin mövcud vəziyyətini nəzərdən keçirib.
İclasda trəfdaşlığın ikitərəfli formatda və beynəlxalq maliyyə qurumları çərçivəsində genişləndirilməsi məsələləri müzakirə olunub. Sənaye, enerji, rəqəmsal iqtisadiyyat, innovasiya, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın yeni perspektivləri diqqətə çatdırılıb. Ölkəmizdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznesin inkişafı üçün tətbiq olunan dövlət dəstəyi mexanizmləri diqqətə çatdırlıb.
Yekunda Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasının Protokolu imzalanıb.
XQ