“İsveçrə ilə matçda komandamla qürur duydum”

14.06.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“İsveçrə ilə matçda komandamla qürur duydum”

Qətər millisinin baş məşqçisi Xulen Lopeteqi DÇ-2026-nın qrup mərhələsinin 1-ci turunda İsveçrə ilə 1:1 hesablı heç-heçəni dəyərləndirib.

QOL.az bu haqda AP-yə istinadən xəbər verir. O, matçdan sonra komandasının çıxışından razı qaldığını bildirib.

“Bu gün çox qürurlu idim. Futbolçuların nümayiş etdirdiyi xarakter və intizam məni sevindirdi. Oyuna öz planımızla çıxmışdıq və onu yerinə yetirməli idik. Bəzən bəxt də bizim tərəfimizdə oldu. Amma həyatda da, futbolda da uğur qazanmaq üçün inanmaq lazımdır. Bu inamla yanaşı, bir az şansın olması da vacibdir”, - deyə ispaniyalı mütəxəssis bildirib.

Qeyd edək ki, Qətər millisi B qrupunda ilk turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşıb. Komanda növbəti matçını iyunun 19-da Kanada yığmasına qarşı keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью