İsveçrə Maduronun aktivlərini dondurub

05.01.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

İsveçrə Venesuelanın sabiq prezidenti Nikolas Maduroya məxsus aktivləri dondurub.

APA xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası məlumat yayıb.

Bildirilib ki, bu qərar dərhal qüvvəyə minib və dörd il müddətinə qüvvədə qalacaq.

Əlavə edilib ki, aktivlərin dondurulması sadəcə Maduronu hədəfə alıb və hazırki Venesuela hökumətinin heç bir üzvünə təsir etməyəcək.

“İsveçrə qeyri-qanuni yollarla mənimsənilmiş pulun Venesuela xalqına qaytarılmasına çalışacaq” , - Federal Şura bəyanat verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью