İsveçrə mənşəli uşaq qidasında çirkləndirici aşkarlanıb

22.01.2026

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu qidalarda körpələrdə qusma və ishala səbəb ola bilən toksin mövcuddur. Məhsul partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata AQTA-dan məlumat verilib.

İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub.

Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью