İsveçrə millisinin 22 yaşlı futbolçusu dini inancına görə karyerasını bitirdi

12.11.2024

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsveçrə millisinin və Avstriyanın "Blau-Vayss" klubunun futbolçusu Silvan Vallner 22 yaşında karyerasını bitirib.

Fanat.Az-ın yerli mətbuata istinadən məlumatına görə, mərkəz müdafiəçisi bu barədə özü açıqlama verib.

Silvan karyerasını bitirməsinin səbəbini özünü dinə həsr etməsi ilə əlaqələndirib. Oyunçu qarşılaşmaların əksəriyyətinin din üçün müqəddəs sayılan şənbə gününə salındığını və bu səbəbdən karyerasını bitirdiyini söyləyib.

Qeyd edək ki, Vallner sentyabrda "Sürix"sən "Blau-Vayss"a transfer olunub və bu komandada 5 matça çıxıb. O, İsveçrənin gənclərdən ibarət millisinin heyətində 3 oyun keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью