İsveçrə millisinin forvardı “Qarabağ”a keçidə razılıq verdi ÖZƏL

18.11.2024

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

İsveçrə millisinin forvardı Yosip Drmiçin “Qarabağ”da oynamaq ehtimalı haqda xəbər vermişdik.

Apasport.az saytına verilən məlumata görə, təcrübəli forvard özü də Ağdam klubunda çıxış etməyə müsbət yanaşıb.

O, menecerinə “Qarabağ”a keçməyə hazır olduğunu deyib. Hətta əvvəlki maaşlarından daha aşağı məbləğə oynamağa razı olduğunu bildirib.
Azərbaycan çempionunun Drmiçin transferini qış “transfer pəncərəsi”ndə reallaşdırmaq ehtimalı böyükdür.
Qeyd edək ki, hazırda klubsuz olan Yosip “Sürix”, “Bayer” (Leverkuzen), “Nürnberq”, “Hamburq”, “Norviç”, “Riyeka”, “Dinamo”(Zaqreb) klublarında oynayıb.

Mahir Şükürov: “Yalnız “Kəpəz”də deyil, bir neçə klubda pulları basıb-yeyirlər” Baş nazir "Barselona"nın prezidenti ilə görüşüb "Şamaxı" MOİK-i darmadağın edib Fatih Terim “Qarabağ”ın bazasını ziyarət edib Millimiz Qəbələdə toplanış keçəcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью