İsveçrə millisinin üzvü “Qalatasaray”ın hədəfində

20.07.2025

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Mançester Siti”nin müdafiəçisi Manuel Akanji karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Qalatasaray” isveçrəli futbolçunu transfer etmək istəyir.

“Sarı-qırmızılar” Akanji üçün “şəhərlilər”lə danışıqlara başlamağa hazırlaşır.

30 yaşlı mərkəz müdafiəçisi “Qalatasaray”dan 7,5 milyon avro maaş tələb edir.

Qeyd edək ki, “Mançester Siti” Manuel Akanjini 2022-ci ildə “Borussiya”dan transfer edib. İsveçrə millisinin üzvü ötən mövsüm komandasının heyətində çıxdığı 40 rəsmi oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransalı forvard “Liverpul”un radarında Reşford addım-addım “Barsa”ya Sabiq “Yuventus”lu yenidən A Seriyasında - RƏSMİ Osimhenin İstanbula gəliş tarixi açıqlanıb KİV nümayəndələri arasında velosiped yarışı keçirilib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью