Icma.az, Bizim media saytına istinadən bildirir.
Bu gün İsveçrədə silah ixracı qaydalarının yumşaldılması ilə bağlı referendum keçirilir. Dəyişikliklər qəbul olunarsa, Bern silahlı münaqişələrdə iştirak edən tərəfdaş Qərb ölkələrinə silah satmaq hüququ əldə edəcək.
Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, alıcı ölkələrə də İsveçrə silahlarını Bernin ayrıca icazəsi olmadan üçüncü ölkələrə ötürməyə icazə veriləcək.
Hazırkı sərt məhdudiyyətlər İsveçrənin müdafiə sənayesi məhsullarının cəlbediciliyini azaldaraq ixracın kəskin düşməsinə səbəb olmuşdu.
Bununla belə, Ukrayna yenə də istisna olaraq qalacaq — yeni qaydalar Kiyevə şamil edilməyəcək. İsveçrənin neytrallıq siyasəti səbəbindən Ukrayna əvvəlki kimi nə birbaşa, nə də digər ölkələr vasitəsilə İsveçrə silahlarını əldə edə bilməyəcək.
Bizim.Media